Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G 20 liderlərinin Balidə keçirilən IX Zirvə görüşündə İtaliya Baş naziri Giorgiya Meloni ilə görüşüb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidmətindən bildirilib.
Region
15 Noyabr , 2022 14:47
Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər “G 20”liyin İndoneziyanın Bali adasında keçirilən IX Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan sammit zamanı ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpinlə görüşüb.

Xatırladaq ki, C.Meloni bu ilin oktyabrında vəzifəyə gəlib. Ondan əvvəl İtaliyanın Baş naziri Mario Dragi idi.

Son xəbərlər

Orphus sistemi