Ərdoğan İsrailin Qəzzanı bombalamasını pisləyib

Ərdoğan İsrailin Qəzzanı bombalamasını pisləyib "Biz də bunu bilirik"
Region
16 Aprel , 2021 15:34
Ərdoğan İsrailin Qəzzanı bombalamasını pisləyib
Rəcəb Tayyib Ərdoğan

“Təəssüf ki, İsrailin müsəlmanlara qarşı davranışı İslam düşmənçiliyinin göstəricisidir. Biz də bunu bilirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağını bombalamasına münasibət bildirərkən deyib.

İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı söyləyib ki, İsrail rəhbərliyi bu davranışından əl çəkmir: “İsrail bu davranışını davam etdirənədək iki tərəfli əlaqələrimizin müsbət istiqamətdə davam edə biləcəyinin düşünmürük”.

Son xəbərlər

Orphus sistemi