Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Şimali Kiprə dəstək verməyə çağırıb

Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Şimali Kiprə dəstək verməyə çağırıb Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir
Region
4 Mart , 2021 15:47
Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Şimali Kiprə dəstək verməyə çağırıb
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Üzv ölkələri Şimali Kipr Türk Respublikası ilə münasibətləri bütün sahələrdə inkişaf etdirərək məruz qaldığı haqsızlıqların öhdəsindən gəlməyə yardımçı olmağa çağırıram”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında söyləyib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi