Ərdoğan İstanbulda uşağın xəsarət alması səbəbindən qələbə nitqini ertələyib

Ərdoğan İstanbulda uşağın xəsarət alması səbəbindən qələbə nitqini ertələyib Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda uşaqla bağlı baş verən hadisə səbəbindən seçkilərdə qələbə nitqini ertələyib.
Region
25 İyun , 2018 03:49
Ərdoğan İstanbulda uşağın xəsarət alması səbəbindən qələbə nitqini ertələyib
LEFTERIS PITARAKIS/AP

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda uşaqla bağlı baş verən hadisə səbəbindən seçkilərdə qələbə nitqini ertələyib.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi "Hurriyet" qəzeti yazıb.

Bildirilir ki, uşaq İstanbulda hökumət binası yaxınlığında növbədənkənar prezident seçkilərində Ərdoğanın qələbəsini bayram edən zaman xəsarət alıb. Türkiyə lideri əvvəlcə hospitalda zərər çəkmiş uşağı ziyarət etmək, ardınca Ankaraya yollanmaq qərarına gəlib.

Türkiyə Prezidentinin Dəftərxanasından bir qrup jurnalistə verilən məlumata görə, Ərdoğan yaxın saatlarda paytaxtdakı prezident sarayından xalqa müraciət edəcək.

Hazırda isə növbədənkənar prezident və parlament seçkilərində səslərin hesablanması davam edir. Bülletenlərin 99,9 faizinin hesablanmasından sonra Ərdoğan 53,6%-lik göstərici ilə liderdir. Onun yaxın izləyicisi Mühərrəm İncə isə səslərin 30,8 faizini toplayır.

Seçkilərdə iştirak 88,1 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi