Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermirik"

Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermirik" “Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik. Ölkəmizin sərhədlərini 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarımız yaşadığımız hər hadisə ilə daha da güclənir”
Region
28 Noyabr , 2022 22:08
Ərdoğan hərbi əməliyyatlar barədə: Heç kimdən icazə almadığımız kimi, hesab da vermirik
Rəcəb Tayyib Ərdoğan

"Heç kimdən icazə almadığımız kimi, heç kim qarşısında da hesab vermərik".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında söyləyib.

Türkiyə lideri deyib: “Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik. Ölkəmizin sərhədlərini 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarımız yaşadığımız hər hadisə ilə daha da güclənir”.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi