Ərdoğan Əsədin minlərlə tərəfdarının öldürüldüyünü açıqladı

Ərdoğan Əsədin minlərlə tərəfdarının öldürüldüyünü açıqladı “Türkiyə Suriya məsələsində macəralar axtarmır və xüsusən ərazilərin genişlənməsinə cəhd etmir”.
Region
2260
29 Fevral , 2020 19:50
Ərdoğan Əsədin minlərlə tərəfdarının öldürüldüyünü açıqladı

“Türkiyə Suriya məsələsində macəralar axtarmır və xüsusən ərazilərin genişlənməsinə cəhd etmir”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə ərazisində artıq 3,7 milyon suriyalı var və ölkə qaçqınların yeni dalğası ilə sadəcə bacarmayacaq.

"Milyon yarım suriyalı hazırda Türkiyə sərhədində toplaşıb. Bu insanlar Bəşşar Əsəd rejimi tərəfindən qurulan zorakılıqdan və qanunsuzluqdan qaçırlar", - Ərdoğan deyib.

"Biz neft və ya Suriya ərazisi axtarışında deyilik. İdlib problemi son dövr Türkiyənin bütün uğurlarını əlindən almaq cəhdi ilə yaradıldı. Bizi sıxışdırırlar və təhrik edirlər", - dövlət başçısı deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İdlibdə təhlükəsizlik zonası formalaşdırmağa və bununla öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətinin nəticələrini şərh edərək deyib: "Mən Putindən açıq soruşdum - siz İdlibdə nə edirsiniz? Əgər hərbi baza yaratmaq istəyirsinizsə, onda yaradın, ancaq Türkiyənin yolundan gedin".

Ərdoğan bildirib ki, Türkiyə Bəşşar Əsədin tərəfdarlarına öz qətiyyətini nümayiş etdirəcək.

"Türkiyə özünün həlak olan hərbi qulluqçularının qisasını almaqda davam edəcək. Bugünkü gün üzrə Əsəd rejiminin 2 100-dən çox tərəfdarı məhv edilib", - Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, bir gün əvvəl 7 kimyəvi maddənin olduğu anbar vurulub. 

Son xəbərlər

Orphus sistemi