Ərdoğan: "Avropa İttifaqına üzv olmaq hədəfimizdən heç vaxt vaz keçməmişik"

Ərdoğan: "Avropa İttifaqına üzv olmaq hədəfimizdən heç vaxt vaz keçməmişik" “Min ildir ortaq coğrafiyanı paylaşırıq, eyni mədəniyyətdən hövzəsindən bəslənirik. Türk tarixini Avropasız oxumaq mümkün olmadığı kimi Avropa tarixini də Türkiyəsiz anlamaq mümkün deyil”
Region
12 Yanvar , 2021 15:44
Ərdoğan: Avropa İttifaqına üzv olmaq hədəfimizdən heç vaxt vaz keçməmişik
Rəcəb Tayyib Ərdoğan

“Min ildir ortaq coğrafiyanı paylaşırıq, eyni mədəniyyətin hövzəsindən bəslənirik. Türk tarixini Avropasız oxumaq mümkün olmadığı kimi Avropa tarixini də Türkiyəsiz anlamaq mümkün deyil”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“Millət olaraq gələcəyimizi Avropa ilə birgə təsəvvür edirik. Bu mənada 60 ilə yaxındır Avropa İttifaqının tam üzvü olmaq üçün mübarizə aparırıq. Bu prosesdə qarşılaşdığımız ikili standartlar və haqsızlıqlara baxmayaraq, əsas hədəfimiz olan tam üzvlükdən heç vaxt vaz keçməmişik.

Ölkəmizin Avropa İttifaqına üzvlük prosesi bizim üçün necə strateji seçimdirsə, Avropa İttifaqının ölkəmizi tam üzvlüyə qəbul etməsi də İttifaqın gələcəyi baxımından eyni əhəmiyyətli seçim olacaq”.

“Brexit” ilə birgə artan qeyri-müəyyənliyini yalnız Türkiyənin Avropa ailəsində haqq etdiyi yeri alandan sonra geridə qoymaq mümkün olacaq. Ölkə olaraq münasibətlərimizi yenidən reysə qoymağa hazırıq. Avropalı dostlarımızın da eyni iradəni göstərəcəyini gözləyirik”, - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi