Ərdoğan: “Dünya nizamının yenidən şəkilləndiyi bu dönəmdə zirvəyə çıxacağıq”

Ərdoğan: “Dünya nizamının yenidən şəkilləndiyi bu dönəmdə zirvəyə çıxacağıq” “Dünya nizamının yenidən şəkilləndiyi bu dönəmdə zirvəyə çıxacağıq”.
Region
192
26 Avqust , 2021 13:22
Ərdoğan: “Dünya nizamının yenidən şəkilləndiyi bu dönəmdə zirvəyə çıxacağıq”
Rəcəb Tayyib Ərdoğan

“Dünya nizamının yenidən şəkilləndiyi bu dönəmdə zirvəyə çıxacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Muşda keçirilən mərasimdə çıxışı zamanı söyləyib.

“Böyük Səlcuqlu dövləti istiqlalı qazandıran Dəndənəkan zəfərindən sonra Anadoluya yönəlmək qərarı vermişdi. Çağrı bəy kəşfiyyat məqsədli axınları tamamlayaraq ölkəsinə döndüyü zaman fəthin müjdəsini vermişdi. Bu xəyalı gerçəkləşdirən isə oğlu Sultan Alparslan oldu. Dövlətin sərhədlərini bir tərəfədən Xəzər dənizinə, digər tərəfdən Aralıq dənizi sahillərinə qədər genişlədən Sultan Alparslan Misir səfərinə çıxarkən yolunun üstündəki Malazgirt qalasını almış, Diyarbakır və Urfadan Hələbə qədər çatmışdır. Böyük Səlcuqlu dövləti tarixin ən şanlı zəfərlərindən birini qazanmışdır”, - o qeyd edib.

Türkiyə Prezidenti müasir dönəmdə dünya nizamının yenidən formalaşdığını bəyan edib: “Tariximizin hər dönəmində olduğu kimi, o illərdən də millətimizi bölməyi, dövlətimizi yıxmağı hədəfləyən daxili və xarici hücumlarla qarşı-qarşıya idik. Dünyanın qlobal siyasi, iqtisadi nizamının yenidən şəkilləndiyi bu dönəmində sabitlik və təhlükəsizlik iqlimini qoruyaraq dəyərləndirdikdə zirvəyə çıxacağıq. Türkiyə şərqə və qərbə aid nə varsa, hamısını qucaqlayan, bağrına basan, böyük mədəniyyət mirasının varisi olaraq şahlanış içindədir. İlhamını şanlı keçmişimizdən alan, yarım əsr, bir əsr sonraya baxan gənclərimizlə zirvəyə yetməkdə qərarlıyıq”.

Son xəbərlər

Orphus sistemi