Ərdoğan DEM partiyası ilə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edib - YENİLƏNİB

Ərdoğan DEM partiyası ilə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edib - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkillərini qəbul edib.
Region
10 aprel 2025 16:08
Ərdoğan DEM partiyası ilə Terrorsuz Türkiyə məqsədinə nail olmaqla bağlı prosesi müzakirə edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkilləri arasındakı görüş başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Prezident İqamətgahındakı görüş 1 saat 25 dəqiqə çəkib.

15:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Van bölgəsi və İstanbul üzrə millət vəkillərini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Prezident İqamətgahında Ərdoğanla millət vəkilləri Pervin Buldan və Sırrı Süreyya Öndər arasında görüş keçirilir.

Məlumata görə, görüşdə "Terrorsuz Türkiyə" məqsədinə nail olmaqla bağlı prosesin dəyərləndirilməsi gözlənilir.

Qəbulda Ədalət və İnkişaf Partiysının (AK Partiya) sədr müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edir.

Orphus sistemi