Ərdoğan: "Bu, dünyanın ən uzun körpüsü olmağa layiqdir"

Ərdoğan: "Bu, dünyanın ən uzun körpüsü olmağa layiqdir" “Ölkəmizin xəyalını gerçəkləşdirmək, çox şükür ki, bizə nəsib oldu”.
Region
16 May , 2020 17:38
Ərdoğan: Bu, dünyanın ən uzun körpüsü olmağa layiqdir

“Ölkəmizin xəyalını gerçəkləşdirmək, çox şükür ki, bizə nəsib oldu”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "1915 Çanaqqala" körpüsünün təməlqoyma mərasimindəki çıxışında bildirib.

“Bu, İstanbul boğazını bəzəyəcək dünyanın ən uzun körpüsü adına layiqdir. Körpünün uzunluğu 2 023 metrdir. Bu, 2023-cü ili hədəf almağımız deməkdir. Təsadüfi olaraq təyin olunan hədəf deyil. Bərə ilə 1,5 saat sürən boğaziçi səyahəti körpü ilə 6 dəqiqə ərzində tamamlanacaq. Bununla da əldə ediləcək vaxt və yanacaq qənaəti ölkəmizin qazancına yazılacaqdır”, - Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə Cümhuriyyətin qurulmasının 100-cü ildönümü olacaq.

Son xəbərlər

Orphus sistemi