Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quttereş arasında görüş başa çatıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflərin qarşılıqlı fikir mübadiləsi saat yarım davam edib.
Onlar bir çox aktual məsələləri, o cümlədən Ukraynadakı durum ətrafında fikir mübadiləsi aparıblar.
A.Quterreş Ərdoğanla görüşdə Türkiyənin Ukraynadakı diplomatik səylərini dəstəklədiyini bildirib.
BMT Baş katibinin ofisindən qeyd edilib ki ki, görüş zamanı tərəflər Ukraynada təcili humanitar dəhlizlərin açılmasının vacibliyini vurğulayıblar.
Türkiyə lideri isə bildirib ki, rəsmi Ankara Ukraynadakı humanitar böhrana son qoymaq üçün BMT ilə sıx əməkdaşlığını davam etdirəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quttereşi qəbul edib.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, daha əvvəl liderlərin bir çox məsələləri, o cümlədən Ukraynadakı durumu müzakirə edəcəkləri bildirilmişdi.