Bakı. 26 noyabr. REPORT.AZ/ "Ankara Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulduğuna görə üzr istəməyi düşünmur".
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın CNN telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Düşünürəm ki, üzr istəyəcək tərəf varsa, o da biz deyilik. Bizim hava məkanımızı pozanlar üzr istəməlidir", - Ərdoğan deyib.