Ərdoğan bir sıra dövlətlərin rəhbərləri ilə danışıqlar aparıb  

Ərdoğan bir sıra dövlətlərin rəhbərləri ilə danışıqlar aparıb   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan, İran və Toqo liderləri ilə telefon danışıqları aparıb.
Region
12 Avqust , 2021 04:49
Ərdoğan bir sıra dövlətlərin rəhbərləri ilə danışıqlar aparıb  
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan, İran və Toqo liderləri ilə telefon danışıqları aparıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi bildirib.

Qeyd edilir ki, Ərdoğan iranlı həmkarı ilə söhbətin gedişatında İbrahim Raisini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

Tərəflər Türkiyə-İran münasibətləri və regiondakı vəziyyət müzakirə ediblər.

Ərdoğan Raisinin prezidentliyi dövründə rəsmi Ankara və Tehran arasındakı ikitərəfli əlaqələrin və regional əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyi ifadə edib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyəti Türkiyə-İran iki ölkənin strateji əməkdaşlığı nöqteyi-nəzərindən mühüm rol oynayır.

Türkiyə prezidenti Əfqanıstanın dövlət başçısı Əşrəf Qani ilə telefon danışığında ikitərəfli əlaqələri və regional problemləri müzakirə edib.

Türkiyə lideri həmkarını əmin edib ki, rəsmi Ankara bundan sonra da sülhə, sabitliyə ən qısa zamanda nail olunmasında qardaş və dost Əfqanıstan xalqına kömək edəcək.

Dövlət başçısı Türkiyədəki meşə yanğınları ilə əlaqədar başsağlığına və şəfqət sözlərinə görə həmsöhbətinə təşəkkür edib.

Rəcəb Tayyib Ərdoğan Toqo prezidenti For Essozimna Qnassinqbe ilə danışıqların gedişatında ikitərəfli əlaqələrin inkişafının perspektivləri müzakirə edib.

Ərdoğan qeyd edib ki, Türkiyə ilə Toqo arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına verəcək.

Son xəbərlər

Orphus sistemi