Ərdoğan: "Moskva ilə C-400 tədarükü üzrə işlər davam edir"

Ərdoğan: "Moskva ilə C-400 tədarükü üzrə işlər davam edir" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı işlərinin davam etdiyini, geriyə addımların olmadığını bildirib.
Region
27 Yanvar , 2022 01:08
Ərdoğan: Moskva ilə C-400 tədarükü üzrə işlər davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı işlərinin davam etdiyini, geriyə addımların olmadığını bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

"Proses (tədarük - red.) davam edir, geriyə heç bir addım yoxdur. Kimdən nə alacağımıza özümüz qərar veririk. S-400 tədarüklərimizin arxa planı özümüzdə gizlənən anlayışdır", - Türkiyə lideri NTV-yə müsahibəsində bildirib.

Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib. Müqaviləyə başqa bir alay dəsti üçün seçim də daxil idi. 2021-ci il avqustun sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan ikinci S-400 alayını almağa şübhə etmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi