Ərdoğan: "BƏƏ ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edir"

Ərdoğan: "BƏƏ ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edir" Türkiyə ilə BƏƏ arasında imzalanan memorandum və sazişlər ölkələr arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Region
19 İyul , 2023 21:46
Ərdoğan: BƏƏ ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edir

Türkiyə ilə BƏƏ arasında imzalanan memorandum və sazişlər ölkələr arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

"Report" TRT-yə istinadən xəbər verir ki, bunu BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, imzalanmış sazişləri iş dünyasına ətraflı şəkildə təqdim etmək üçün payızda İstanbulda ticarət və investisiya forumunun təşkili planlaşdırılır.

"Biz, həmçinin investisiya təşviqi, təhlükəsizlik, bərpa olunan enerji, nəqliyyat kimi sahələrdə hüquqi infrastrukturu gücləndirmək istəyirik", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata əsasən, razılaşamaların ümumi dəyəri 50,7 milyard dollardır. İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi