Ərdoğan bayram namazında huşunu itirərək yıxılıb

Ərdoğan bayram namazında huşunu itirərək yıxılıb Prezident məsciddən xərəkdə çıxarılıb
Region
25 İyun , 2017 10:05
Ərdoğan bayram namazında huşunu itirərək yıxılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ibadət zamanı huşunu itirərək özündən gedib.

"Report" "CNN Turk"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, insident Memar Sənan məscidində, Ramazan bayramı münasibəti ilə qılınan namaz vaxtı baş verib.

Jurnalistlərin məlumatına görə, məscidə toplaşan insanlar Ərdoğanı yerə yıxılmağa qoymayıblar. Ona ilkin tibbi yardım göstərilib. Prezident məsciddən xərəkdə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi