Ərdoğan: "Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür"

Ərdoğan: "Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür" Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir.
Region
28 Noyabr , 2021 16:19
Ərdoğan: Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür

"Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Türkiyə Prezidenti “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğulayıb:

"Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür".

Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışıb, bu Qələbənin bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğulayaraq deyib:

"Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır".

12:30

"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin qapılarını açıb".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan bildirib:  "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir".

Türkiyə lideri, həmçinin bölgənin nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizinin önəmi barədə fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi