Ərdoğan Avropa İttifaqını ittiham edib: “Ukraynanın müraciətinə ciddi yanaşmadılar”

Ərdoğan Avropa İttifaqını ittiham edib: “Ukraynanın müraciətinə ciddi yanaşmadılar” “Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində Ukraynanın Avropa İttifaqı məsələsində də çox israrlı olacağını düşünmürəm. Çünki bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar”.
Region
31 Mart , 2022 15:14
Ərdoğan Avropa İttifaqını ittiham edib: “Ukraynanın müraciətinə ciddi yanaşmadılar”

“Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində Ukraynanın Avropa İttifaqı məsələsində də çox israrlı olacağını düşünmürəm. Çünki bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini eşitdim və öyrəndim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək. Bilirsiniz, 1963-cü ildən bəri Avropa İttifaqı bizə nə etdi? Davamlı şəkildə yayındırdı, hələ də başımızı qatırlar. Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından təminatçı ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin, sözsüz ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir”, - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi