Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi çərçivəsində afrikalı həmkarları ilə ikitərəfli görüş keçirəcək.
“Report” xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının rəsmi saytı yayıb.
Məlumata görə, Nigeriya Prezidenti Məhəmməd Buxari, Somali Prezidenti Məhəmməd Farmajo, Liviya Prezidentlik Şurasının sədri Məhəmməd Əl-Menfi, Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanje Tuader, Mavritaniya Prezidenti Məhəmməd Ulda Şeyx Qazuani, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Ruanda Prezidenti Pol Kaqame, Cibuti Prezidenti İsmayıl Ömər Gelle Zirvə toplantısında iştirak etmək üün Türkiyədə səfərdədirlər. Türkiyə Prezidentinin Afrika ölkələri liderlərinin hər biri ilə 45 dəqiqə görüşü planlaşdırılıb.
Qeyd edək ki, III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi dekabrın 17-də başlayıb. Toplantıda Türkiyə və Afrika İttifaqına üzv dövlətlərin uyğun nazirləri ilə səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrinə dair məsələlərin ikitərəfli müzakirəsi gözlənilir.
Zirvə toplantısında Türkiyə ilə Afrika qitəsi arasında hər sahədə inkişaf edən əlaqələr, o cümlədən 2022-2026-cı illərdə Afrikanın xeyrinə reallaşdırılacaq konkret layihələr, bəyannamə, fəaliyyət planı və ortaq icra hesabatı ilə qəbul ediləcək. Bu sənədələr növbəti zirvəyə qədər olan rəhbər tutulacaq.