Ərakdakı ağır su reaktoruna görə İranla Çin arasında maliyyə problemi yaranıb

Ərakdakı ağır su reaktoruna görə İranla Çin arasında maliyyə problemi yaranıb Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu reaktoru azı ayda bir dəfə təftiş edir
Region
11 Noyabr , 2016 11:37
Ərakdakı ağır su reaktoruna görə İranla Çin arasında maliyyə problemi yaranıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İranın Ərakdakı reaktorunda ağır su layihəsinin yenidən hazırlanmasına görə, Çinlə İslam Respublikası arasında maliyyə problemi yaranıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Atom Energetikası Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi bildirib.

Onun sözlərinə görə, İranla Çin arasında ağır suya dair tərtib olunan layihə yekunlaşmaq üzrədir. 

Məlumata əsasən, Ərakdakı ağır su reaktoru 2014-cü ilin yanvarında tamamilə sökülüb. 2015-ci ilin iyulunda rəsmi Tehranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin) arasında İranın atom-nüvə problemi ilə bağlı əldə olunan razılaşmanın şərtlərinə görə, bu reaktorun profilində dəyişiklik nəzərdə tutulub. Bu razılaşma 2016-cı ilin yanvarında qüvvəyə minib. Təyinat istiqaməti dəyişdirildikdən sonra bu reaktordan hərbi məqsəd üçün istifadə mümkün olmayacaq, yaxud Ərak reaktoru silah üçün plutonium hazırlaya bilməyəcək.

Razılaşamaya əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ərakdakı ağır su reaktorunu azı ayda bir dəfə təftiş edir. 

Son xəbərlər

Orphus sistemi