Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir

Region
  • 13 mart, 2025
  • 10:54
Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir

Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir.

“Report” Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Bişkekdə iki günlük səfərdə olan Tacikistan prezidenti Emoməli Rahmon bildirib.

O bəyan edib ki, sabah Düşənbə-Bişkek və Bişkek-Xücənd reyslərinin açılışı olacaq.

"Ümid edirəm ki, tezliklə avtobus marşrutları da bərpa olunacaq və vətəndaşlarımız bir-biri ilə ünsiyyət qurmağa başlayacaqlar", - deyə E.Rahmon bildirib.

Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rahmon və Sadır Japarov arasında aparılan danışıqlar çərçivəsində baş nazirlərin rəhbərliyi altında hökumətlərarası şuranın yaradılması barədə qərar qəbul edilib. Bu yeni mexanizm qarşısında qarşılıqlı ticarət həcmini 500 milyon dollara çatdırmaq vəzifəsi qoyulub.

Həmçinin tərəflər perspektivli sənaye sektorunda əlaqələrin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlıq, regional layihələrin həyata keçirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və s. barədə razılığa gəliblər.

44 filmi