“İsrail xalqından və QHT-lərindən hər gün Türkiyəyə könüllü gəlmək üçün yüzlərlə zəng gəlir”.
“Report”un xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
“İsrail hökuməti və xalqı adından təbii fəlakətə görə Türkiyəyə ən dərin başsağlığımızı diləyirik. Biz dost ölkə olaraq öz dəstəyimizi göstərməyə çalışırıq. Bir daha bildirmək istəyirəm ki, bundan sonra da əlimizdən gələn bütün yardımları etməyə çalışacağıq”, - o bildirib.
E.Kohen qeyd edib ki, Türkiyəyə yüzminlərlə ton humanitar yardım göndərib və bir mobil səhra xəstəxanası qurub: “Çalışacağıq ki, iki ölkə arasındakı münasibətləri əvvəlki səviyyəyə gətirək. İsrail bundan sonra da Türkiyənin yanında olacaq”.