“Ötən həftənin sonunda Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov ilk rəsmi səfərini Rusiya paytaxtına etdi və orada nazir Sergey Lavrov, Baş nazirin müavini Aleksey Overçuk və Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşdü. Birgə mətbuat konfransında çıxış edərkən Sergey Lavrov bildirdi ki, Rusiya tərəfi Türkiyənin iştirakı ilə “Şərq-Qərb” nəqliyyat dəhlizinin yaradılması da daxil olmaqla, layihələrin fəal şəkildə həyata keçirilməsini dəstəkləyir”.
Bunu “Report”un Rusiya bürosuna Yeni Türkiyənin Araşdırılması Mərkəzinin direktoru Yuri Mavaşev deyib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Rusiya, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
“Qaz kəməri Türkmənistanda qapalı qaz nəqli sistemi yaratmaq və əhəmiyyətli miqdarda qazın həm şərq, həm də qərb istiqamətində tranziti imkanı üçün ölkənin şərqində yerləşən Türkmənistanın əsas qaz yataqlarının qərb bölgələri və Xəzər dənizi ilə birləşdirilməsini nəzərdə tutur. Son vəziyyət Türkiyənin bütün Avropa üçün qaz mərkəzinə çevrilmək istəyi fonunda xüsusilə əhəmiyyətlidir. Bu cür layihələr birmənalı olaraq yalnız beynəlxalq sabitliyə xidmət göstərir, qarşılıqlı asılılıq sayəsində beynəlxalq münasibətlərin memarlığını daha sabit edir”, - o deyib.