“Gürcüstan Azərbaycan və Ermənistan arasında neytrallıq saxlamağa çalışır və bunu davam etdirməlidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu gürcü hərbi ekspert, “Arsenal” hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili “Rezonansi” qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, bu münasibətdə Gürcüstanın xarici siyasəti tam doğrudur.
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasındakı qarşıdurmalar Gürcüstan sərhədinin 40 kilometrliyində baş verir: “Əgər tərəflər raketlərdən istifadə etsələr, Cənubi Qafqaz real təhlükə ilə üzləşə bilər. Qarşıdurma kəskinləşsə və daha geniş miqyas alsa, bu, təhlükəli olacaq. Belə ki, Azərbaycan və Ermənistan arsenallarında kifayət qədər çox sayda silah-sursat toplayıb”.