Əkrəm İmamoğlu: "Qurtuluş savaşında azərbaycanlıların böyük əməyi olub"

Əkrəm İmamoğlu: "Qurtuluş savaşında azərbaycanlıların böyük əməyi olub" "Məhz bu gün qeyd etdiyimiz Zəfər günündən sonra, Türkiyə Cümhuriyyətinin qurulması reallaşdı. Respublikamızın qurulmasının 100-cü ilinə yaxınlaşırıq, indi bizim daha fərqli öhdəliklərimiz və etməli olduğumuz xidmətlər var".
Region
30 Avqust , 2021 15:59
Əkrəm İmamoğlu: Qurtuluş savaşında azərbaycanlıların böyük əməyi olub
Əkrəm İmamoğlu

"Məhz bu gün qeyd etdiyimiz Zəfər günündən sonra Türkiyə Cümhuriyyətinin qurulması reallaşdı. Respublikamızın qurulmasının 100-cü ilinə yaxınlaşırıq, indi bizim daha fərqli öhdəliklərimiz və etməli olduğumuz xidmətlər var".

Bunu "Report"un yerli bürosuna açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib.

Bələdiyyə sədri tarixin hər bir dövründə olduğu kimi, Qurtuluş savaşında da türk millətinin apardığı mübarizədə azərbaycanlıların böyük əməyi olduğunu bildirib:

"İndi olduğu kimi, Qurtuluş savaşında və ondan öncə də azərbaycanlı qardaşlarımızla birlikdə çiyin-çiyinə vuruşmuşuq, onların türk millətinin Qurtuluş müharibəsində böyük əməkləri olub. Beləliklə, biz birgə böyük nailiyyətlər əldə etmişik. Biz hər zaman birlikdəyik, dolayısı ilə buradan bütün Azərbaycana, azərbaycanlı qardaşlarımıza salamlarımızı göndərir, onları çox sevdiyimizi bir daha bəyan etmək istəyirəm" - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi