Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb Əfqanıstanın paytaxtı Kabilin Daralaman küçəsindəki Xəlifə məscidində törədilən partlayış nəticəsində ölənlər və yaralananlar var.
Region
29 Aprel , 2022 19:16
Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanın paytaxtı Kabildə məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 50-ni ötüb.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, hadisə şəhərin qərbində yerləşən Xəlifə Sahib məscidində namaz vaxtı baş verib.

17:19

Əfqanıstanın paytaxtı Kabulun Daralaman küçəsində yerləşən məsciddə törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

16:36

Əfqanıstanın paytaxtı Kabilin Daralaman küçəsindəki Xəlifə məscidində törədilən partlayış nəticəsində ölənlər və yaralananlar var.

“Report” xəbər verir ki, məlumatı “Tolo TV” yayıb.

Qeyd olunub ki, ölən və yaralananların sayı barədə dəqiq məlumat yoxdur.

Hazırda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi