Ədliyyə nazirinin müavini: "Ermənistanda qətllərin 17%-i məişət zorakılığının nəticəsidir"

Region
  • 17 oktyabr, 2017
  • 14:02
Ədliyyə nazirinin müavini: Ermənistanda qətllərin 17%-i məişət zorakılığının nəticəsidir

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Ermənistanda hüquq-mühafizə orqanları ailə zorakılığına dair hər gün orta hesabla iki siqnal alır".

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bunu bu gün parlamentdə Ermənistanın ədliyyə nazirinin müavini Viqen Koçaryan bildirib.

"Qətllərin 17%-i ailədə zorakılığın nəticəsidir. Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqların 47%-i ailədə baş verir", - V.Koçaryan vurğulayıb.

Onun sözlərinə görə, dövlət orqanları zorakılığa məruz qalmış şəxslərə yardım məqsədilə Qeyri-Hökumət Təşkilatlarına müraciət etmək məcburiyyətində qalırlar: "Bu normal hal ola bilməz. Dövlət bu problemi həll etmək üçün tədbirlər görməlidir".

44 filmi