​Ərəb ölkələri Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib

​Ərəb ölkələri Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib Təşkilat quruma üzv dövlətlərin XİN rəhbərlərinin növbədənkənar iclasını keçirib
Region
125
24 Dekabr , 2015 22:16
​Ərəb ölkələri Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası (ƏDL) cümə axşamı Misirdə quruma üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar görüşünü keçirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, danışıqların yekununda təşkilat Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib.

Bağdad ƏDL-dən iki həftə əvvəl bu məsələyə baxmağı xahiş edib. İraq hakimiyyəti, həmçinin BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri İraq könüllülərinə terrorçularla mübarizə aparmaq üçün təlim keçir.

Son xəbərlər

Orphus sistemi