ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırmır.
“Report” "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
“Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı "nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur", – departamentdən bildirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar. Onun sözlərinə görə, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıqları strateji dialoq mövcuddur.
A.Mirzoyan təfərrüatlara varmadan bildirib ki, əvvəlki Ermənistan-ABŞ razılaşmaları belə bir sənədin imzalanmasını nəzərdə tutur.