Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib
Region
- 11 yanvar, 2023
- 19:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Boz qurd” nişanı hədiyyə edib.
“Report”un Ankara Bürosuna bu barədə MHP-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu gün MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın da özünün tviterdəki səhifəsində görüşlə bağlı paylaşım edib: “Qarabağda 30 illik erməni işğalını 44 gündə başa vuran azərbaycanlı qazilərimizi rəhbərimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızılı boz qurd döş nişanı verən liderimizə veteranlarımız adından minnətdarlığımı bildirirəm”.
Son xəbərlər
08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr