Dövlət Agentliyinin bölmə rəhbəri: “Gürcüstan azərbaycanlıları savadsız mollalardan narazıdırlar”

Dövlət Agentliyinin bölmə rəhbəri: “Gürcüstan azərbaycanlıları savadsız mollalardan narazıdırlar” “Gürcüstanda yaşayan azərbaycanlılar savadsız mollaların fəaliyyətindən narazıdırlar”.
Region
9 Aprel , 2019 17:30
Dövlət Agentliyinin bölmə rəhbəri: “Gürcüstan azərbaycanlıları savadsız mollalardan narazıdırlar”

“Gürcüstanda yaşayan azərbaycanlılar savadsız mollaların fəaliyyətindən narazıdırlar”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin rəhbəri Abay Paşayev bildirib.

Onun sözlərinə görə, ölkədə vəfat edən müsəlman vətəndaşların dəfn mərasimlərində səriştəsiz mollalar iştirak edirlər: “Həmin din xadimlərinin hətta “Qurani Kərim”dən xəbərləri yoxdur. Onlar vəfat edən şəxsləri İslam dininin qaydalarına uyğun deyil, öz istədikləri kimi dəfn etdirirlər. Yerlərdə fəaliyyət göstərən din xadimlərinin savadlı və bilikli olması istiqamətində tədbirlərin həyata keçirilməsinə çalışacağıq. Bununla bağlı Gürcüstan Müsəlmanları İdarəsində görüş keçiriləcək”.

A.Paşayev qeyd edib ki, dini sahədə mövcud çatışmazlıqların müəyyən olunması istiqamətində bir sıra görüşlər keçirilir və üzə çıxarılacaq problemlər Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, A.Paşayev bu ilin mart ayının 11-də Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin rəhbəri təyin olunub. Regional bölmənin əsas vəzifəsi hakimiyyət orqanları ilə yerli dini icmalar arasında fəaliyyətin koordinasiya olunması və bu sahədə mövcud çatışmazlıqları müəyyən etməkdir.

Son xəbərlər

Orphus sistemi