Donetskdə neft bazasında yanğın olub, ölən və yaralananlar var

Donetskdə neft bazasında yanğın olub, ölən və yaralananlar var Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Region
4 May , 2022 14:19
Donetskdə neft bazasında yanğın olub, ölən və yaralananlar var

Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, atəş nəticəsində neft bazasının ərazisində 4 neft çəni və 2 benzindaşıyan yanıb. Hər çənin həcmi 5 min kub metrdir.

Rusiya iddia edir ki, neft bazanı Ukrayna Silahlı Qüvvələri atəşə tutub.

Son xəbərlər

Orphus sistemi