Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçkiqabağı təbliğat dövründə söylədiyi bəzi fikirlər onun seçki kampaniyasının rəsmi saytından götürülüb.
“Report” Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, D.Trampın seçki qərargahının nümayəndələri prezidentliyə namizədin bəzi vədlərinin də əks olunduğu həmin yazıların texniki problemə görə silindiyini bildiriliblər.
Məlumata görə, D.Trampın seçki kampaniyasının saytınadan silinən yazılar arasında müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi, rəsmi Vaşinqtonun iqlim anlaşmasından imtina etməsi, Ali Məhkməyə təyin etmək istədiyi hakimlərinin siyahısı, habelə iqtisadi və müdafiə kimi sahələrə dair vədlər də var.
“Deutsche Welle Türkçe”nin məlumatına görə, D.Trampın “Twitter” səhifəsində paylaşdığı və müsəlmanları təhqir edən fikirlər də silinib.