Rusiyanın Dneprə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45-ə çatıb - YENİLƏNİB

Region
  • 17 yanvar, 2023
  • 15:12
Rusiyanın Dneprə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45-ə çatıb - YENİLƏNİB

Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, həlak olanlardan 6-ı uşaqdır. Ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.

Ərazidə xilasetmə işləri davam edir.

16:05

Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, həlak olanlardan 5-i uşaqdır.

Həmçinin bildirilib ki, dağıntılar altından 39 nəfər sağ xilas edilib.

Ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.

Qeyd edək ki, Rusiya ordusu yanvarın 15-də Dneprə raketlə hücum edib.

44 - Tezliklə