Dmitri Peskov: Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir

Region
  • 13 may, 2025
  • 14:13
Dmitri Peskov: Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir
Dmitri Peskov

Moskva 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın məsuliyyət daşıması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəticələrini qəbul etmir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov aviaqəzaya görə Rusiyanı günahlandıran Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının qərarını şərh edərkən bildirib.

"Mövqeyimiz yaxşı məlumdur: Rusiya bu hadisənin araşdırılmasında iştirak edən ölkə olmayıb, ona görə də biz hər hansı qərəzli nəticələri qəbul etmirik", - o vurğulayıb.

Qeyd edək ki, “Malaysia Airlines” aviaşirkətinin Amsterdam (Niderland) - Kuala-Lumpur (Malayziya) reysini yerinə yetirən “Boeing-777” təyyarəsi Ukraynanın hava məkanı üzərində vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.