Dmitri Medvedev Rusiyanın bəzi qurumlarının müharibəyə hazır olmadığını etiraf edib

Dmitri Medvedev Rusiyanın bəzi qurumlarının müharibəyə hazır olmadığını etiraf edib Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev ordunun şəxsi heyətinin sayının artırılması ilə bağlı çağırış edib.
Region
25 Mart , 2023 11:27
Dmitri Medvedev Rusiyanın bəzi qurumlarının müharibəyə hazır olmadığını etiraf edib

Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev ordunun şəxsi heyətinin sayının artırılması ilə bağlı çağırış edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, çağırışçıların Rusiyanın ehtiyaclarını ödədiyini söyləyib, bununla yanaşı şəxsi heyətin sayının daha da çoxaldılması təklifini irəli sürüb.

Təhlükəsizlik Şurasının sədr müavinin sözlərinə görə, Ukraynada “xüsusi hərbi əməliyyat” bir sıra çətinlikləri üzə çıxarıb: “Əlbəttə ki, bəzi qurumlar xüsusi hərbi əməliyyat keçirməyə tam hazır deyildilər”.

Son xəbərlər

Orphus sistemi