Dmitri Medvedev: "Rusiya NATO-ya müharibə elan edə bilər”
Region
- 29 avqust, 2023
- 06:03
“Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır”.
“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir: “Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur”.
Qeyd edək ki, D.Medvedev daha əvvəl Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.
Son xəbərlər
10:32
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə10:13
Azərbaycan Basketbol Liqasında XIV tura bu gün yekun vurulacaq
Komanda10:04
Foto
Azərbaycan Asiya Parlament Assambleyasının növbəti sessiyasında təmsil olunur
Milli Məclis10:02
Qetji yüngül çəkidə UFC-nin müvəqqəti çempionluq kəmərini qazanıb
Fərdi09:43
Premyer Liqa: Lider "Sabah" bu gün qalib gəlməklə "Qarabağ"la xal fərqini artıra bilər
Futbol09:35
Takaiçi: ABŞ Yaponiyadan müdafiə xərclərini artırmağı tələb etməyib
Digər ölkələr09:13
Samuxda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Hadisə09:10
İndoneziyada torpaq sürüşməsi nəticəsində itkin düşən 80 nəfərin axtarışı bərpa edilib
Digər ölkələr08:50