Diyarbəkirdə avtobus aşıb, 14 nəfər yaralanıb

Region
  • 17 noyabr, 2023
  • 04:27
Diyarbəkirdə avtobus aşıb, 14 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində mikroavtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir – Elazığ yolunun 17-ci kilometrliyində baş verib.

Bildirilib ki, idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun qarşı tərəfinə keçərək aşıb.

Hadisədən yaralanmış sürücü və 13 sərnişin xəstəxanaya göndərilib.

44 - Tezliklə