Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Moskvanın şimalına terror hücumunun qarşısını alıblar.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın daxil işlər naziri Vladimir Kolokoltsev "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu ilin yazında Moskva ətrafı Ximkidə İŞİD terror qruplaşması üçün üzvlər toplayan və Moskvanın şimalındakı metro stansiyalarının birində terror aktı törətməyə hazırlaşan qırğızıstanlı saxlanılıb.
Hazırda həmin şəxs şəxs həbsdədir, istintaq aparılır.