Dağıstanda atışma olub, Xüsusi Təyinatlı Milis Dəstəsinin 3 əməkdaşı öldürülüb - YENİLƏNİB

Dağıstanda atışma olub, Xüsusi Təyinatlı Milis Dəstəsinin 3 əməkdaşı öldürülüb - YENİLƏNİB Dərbənddəki əməliyyat nəticəsində silahlıların "Cənub" qrupunun başçısı Həsən Abdullayev öldürülüb
Region
109
17 İyun , 2016 11:15
Dağıstanda atışma olub, Xüsusi Təyinatlı Milis Dəstəsinin 3 əməkdaşı öldürülüb - YENİLƏNİB

Bakı. 17 iyun. REPORT.AZ/ Dağıstanın Dərbənd və Süleyman-Stal rayonlarında təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş verən atışma nəticəsində Rusiya Xüsusi Təyinatlı Milis Dəstəsinin ("OMON") 3 döyüşçüsü həlak olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, döyüşçülərdən biri Süleyman-Stal rayonunda, ikisi isə Dərbəndin Gəcux kəndində öldürülüb.
İnformasiyaya əsasən, Dərbənddəki əməliyyat nəticəsində silahlıların "Cənub" qrupunun başçısı Həsən Abdullayev də zərərsizləşdirilib.

*** 09:27

Dağıstanın Dərbənd rayonunda Rusiyanın təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə Dərbəndin Gəcux kəndində baş verib.

Silahlıların sayı və hadisə haqda ətraflı məlumat yayılmayıb.

Məlumatda bildirilib ki, Dağıstanın Süleyman-Stal rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib. Xəbərə əsasən, federal qüvvələrin əməkdaşları əməliyyat nəticəsində 4 silahlını öldürüblər.

Son xəbərlər

Orphus sistemi