Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb"

Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb" “Ukraynanın NATO-ya daxil olması prosesi artıq başlayıb və bu, başa çatacaq”.
Region
5 Oktyabr , 2022 12:53
Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb
David Araxamia

“Ukraynanın NATO-ya daxil olması prosesi artıq başlayıb və bu proses mütləq uğurla başa çatacaq”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan depuat David Araxamia teleqramda yazıb.

O bildirib ki, artıq 11 ölkə Kiyevin bu təşəbbüsünü dəstəkləyib: “Bizim rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Proses başlayıb, geriyə dönüş yoxdur”.

D.Araxamia Ukraynanı dəstəkləyən ölkələrin adlarını da açıqlayıb: “Artıq tək deyilik. Bizi 11 ölkə, o cümlədən Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya açıq şəkildə dəstəkləyib. Məqsədimizə mütləq çatacağıq. Məqsədlərimiz kiməsə qeyri-real və ya çox iddialı görünsə belə. Dünya dəyişib. Biz onu dəyişmişik və yeni dünyada ölkəmiz öz layiqli yerini tutacaq”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzvlük ərizəsini imzalayıb.

Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko deyib ki, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarından başlayacaq.

Son xəbərlər

Orphus sistemi