Ermənistanda növbədənkənar parlament seçkiləri iyunda keçiriləcək

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunda keçiriləcək Bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan bildirib
Region
12 Fevral , 2021 13:30
Ermənistanda növbədənkənar parlament seçkiləri iyunda keçiriləcək

"Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin iyununda keçiriləcək".

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının sədri və eyniadlı fraksiyanın başçısı deputat Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, hakim siyasi qüvvə o müddətədək reytinqini yüksəldəcəyini düşünür.

Qeyd edək ki, hakim “Mənim addımım” fraksiyası Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni iyun ayında yekunlaşdırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi