Davudoğlu: "Rusiyaya bir daha xəbərdarlıq edirik"

Davudoğlu: "Rusiyaya bir daha xəbərdarlıq edirik" "Rusiya hərbi aviasiyası İŞİD terrorçularına heç bir zərər vermir"
Region
115
1 Fevral , 2016 02:32
Davudoğlu: Rusiyaya bir daha xəbərdarlıq edirik

Bakı. 1 fevral. REPORT.AZ/ "Rusiyanın apardığı siyasət ilk növbədə Moskvanın özü üçün təhlükəlidir". "Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu fikri Ər-Riyadda Türkiyənin baş naziri Əhməd Davudoğlu səsləndirib.

O, bildirib ki, Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozması ilə bağlı həm Ankarada, həm də NATO-da lazımi qədər sübut mövcuddur.

"Moskvaya bir daha xəbərdarlıq edirik. Rusiya bütün ölkələrin hava sərhədlərinə hörmət etməlidir, həmçinin Türkiyənin", - deyə Davutoğlu vurğulayıb.

Davudoğlunun sözlərinə görə, rəsmi Moskvanın Yaxın Şərq regionunda yürütdüyü siyasət heç də bəyan edilən məqsədlərə xidmət etmir. Baş nazir bildirib ki, Rusiya hərbi aviasiyası Suriyada İŞİD terrorçularına heç bir zərər vermir.

Qeyd edək ki, yanvarın 29-da saat 11:46-da Rusiya Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyənin hava məkanını pozub.

Son xəbərlər

Orphus sistemi