​Davudoğlu növbəti dəfə Ədalət və İnkişaf Partiyasının sədri seçilib

​Davudoğlu növbəti dəfə Ədalət və İnkişaf Partiyasının sədri seçilib Ankarada AKP-nin V qurultayı keçirilib
Region
12 Sentyabr , 2015 20:25
​Davudoğlu növbəti dəfə Ədalət və İnkişaf Partiyasının sədri seçilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilib.

"Report" xəbər verir ki, qurultayda baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən AKP-nin sədri seçilib.

Partiyanın digər orqanlarının tərkibi də seçilib.

Qurultayda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanı təmsil edən nümayəndə heyəti iştirak edib.

Son xəbərlər

Orphus sistemi