​Davudoğlu ABŞ-ı kürdlərlə mübarizədə şərtsiz dəstək göstərməyə çağırıb

​Davudoğlu ABŞ-ı kürdlərlə mübarizədə şərtsiz dəstək göstərməyə çağırıb Türkiyə baş naziri bütün ölkə ərazisində təhlükəsizliyin gücləndiriləcəyini bildirib
Region
21 Fevral , 2016 08:59
​Davudoğlu ABŞ-ı kürdlərlə mübarizədə şərtsiz dəstək göstərməyə çağırıb

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ı Suriya kürdləri ilə mübarizədə hakimiyyətə şərtsiz dəstək verməyə çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir Türkiyə hakimiyyətinin terror aktından sonra bütün ölkə ərazisində, xüsusilə də paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə məşğul olacağını bildirib.

Davudoğlu, həmçinin qeyd edib ki, Kürd Fəhlə Partiyası ilə əlaqəli kürd qruplaşması Suriya kürdlərini "gizlətmək" üçün baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi