David Zalkaliani: “Azərbaycanla strateji tərəfdaşlığımız yeni təkan alacaq”

David Zalkaliani: “Azərbaycanla strateji tərəfdaşlığımız yeni təkan alacaq” “Gürcüstan və Azərbaycanın sərhəd məsələsini strateji tərəfdaşlıq və hər iki ölkənin maraqlarına uyğun olaraq mümkün qədər tez həll etmək istəyi var”
Region
5 May , 2021 21:50
David Zalkaliani: “Azərbaycanla strateji tərəfdaşlığımız yeni təkan alacaq”
David Zalkaliani

“Gürcüstan və Azərbaycanın sərhəd məsələsini strateji tərəfdaşlıq və hər iki ölkənin maraqlarına uyğun olaraq mümkün qədər tez həll etmək istəyi var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən görüşlərdə məsələnin tez bir zamanda həllinə hazırlıq ifadə olunub və tərəflər bu istiqamətdə konkret addımlar atmaqla bağlı razılığa gəliblər.

D.Zalkaliani pandemiyanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın fəaliyyətinə mane olduğunu bildirib: “Lakin biz komissiyanın işini mümkün qədər tez bərpa etməyə hazırıq”.

XİN başçısı Azərbaycana səfər çərçivəsində müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin də nəzərdən keçirildiyini deyib: “Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. Bu il Gürcüstan GUAM-a sədrlik edir və bu təşkilat çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə mühüm layihələr var”.

D.Zalkaliani Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfərini faydalı və məhsuldar kimi qiymətləndirib: “Müzakirə olunan məsələlər və danışıqlar prosesi deməyə əsas verir ki, bizim əməkdaşlığımız daha da dərinləşdiriləcək və strateji tərəfdaşlıq münasibətlərimiz yeni təkan əldə edəcək”.

Son xəbərlər

Orphus sistemi