David Kramerin Gürcüstanda “arzuolunmaz şəxs” elan olunması tələb edilir

David Kramerin Gürcüstanda “arzuolunmaz şəxs” elan olunması tələb edilir Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının Gənclər təşkilatının üzvləri ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçiriblər.
Region
12 Sentyabr , 2019 14:11
David Kramerin Gürcüstanda “arzuolunmaz şəxs” elan olunması tələb edilir

Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının Gənclər təşkilatının üzvləri ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaçılar ABŞ dövlət katibinin keçmiş köməkçisi, Makkeyn İnstitutunun təmsilçisi David Kramerin “arzuolummaz şəxs” elan olunmasını tələb ediblər.

Partiya üzvləri tələb yerinə yetirilməyənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 10-da Tbilisidə Makkeyn İnstitutunun təşkilatçılığı ilə keçirilən “İndi nə?” beynəlxalq konfransda Vətənpərvərlər Alyansı Partiyasının deputatı İrma İnaşvili və D.Kramer arasında mübahisə baş verib. İ.İnaşvili tədbirdə ona çıxış üçün söz verlimədiyinə görə qalmaqal yaradıb. D.Kramer İ.İnaşvilini konfransın keçirildiyi binanı tərk etməyə çağırıb. D.Kramer gürcü deputatın konfransa zorla soxulmasını kobudluq adlandırıb. 

Son xəbərlər

Orphus sistemi