"Daşnaksütyun": Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi 

"Daşnaksütyun": Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi  Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.
Region
2194
20 Dekabr , 2020 07:50
Daşnaksütyun: Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi 
İşxan Saqatelyan

Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

“Report” "Aysor.am"a istinadən xəbər verir ki, bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

“Faktiki olaraq, o, “Yerablur”u (matəm yürüşünün keçirildiyi hərbi pantenonu-red) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir", - İşxan Saqatelyan deyib.

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

"Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır", - İşxan Saqatelyan əlavə edib.

Son xəbərlər

Orphus sistemi