Daşkənd metrosunda sərnişinlər təxliyə olunub

Daşkənd metrosunda sərnişinlər təxliyə olunub Özbəkistanın bir sıra bölgələrində elektrik enerjisinin sönməsilə əLaqədar Daşkənd metrosunda tunellərdə qalan qatarlardan 415 sərnişin təxliyyə olunub.
Region
117
25 Yanvar , 2022 18:04
Daşkənd metrosunda sərnişinlər təxliyə olunub

Özbəkistanın bir sıra bölgələrində elektrik enerjisinin kəsilməsi lə əlaqədar Daşkənd metrosunda tunellərdə qalan qatarlardan 415 sərnişin təxliyə olunub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi bildirib.

Bundan əvvəl Energetika Nazirliyi elektrik təminatı şəbəkəsində baş verən nasazlıq nəticəsində saat 11-dən etibarən bir sıra bölgələrdə təchizatda fasilələr yarandığını açıqlayıb. Qəzanın Qazaxıstan ərazisində baş verdiyi, nəticədə həmin ölkənin Almatı, Şımkənd, Təraz, Türküstan əyalətləri və bəzi ətraf bölgələrdə elektrik təchizatının dayandırıldığı deyilib. Özbəkistanın isə Fərqanə vadisi boyu, Daşkənd, Sırdərya, Cızzax, Səmərqənd, Qaşqadərya, Nəvai vilayətlərində eyni hal baş verib.

Qəzanın nəticələrini mərhələli şəkildə aradan qaldırmaq üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi