Danilov cəbhədəki vəziyyət barədə: İki addım irəli gedəcəyik

Region
  • 06 mart, 2024
  • 09:08
Danilov cəbhədəki vəziyyət barədə: İki addım irəli gedəcəyik

Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik.

“Report” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov “X” hesabında yazıb.

O, cəbhədəki vəziyyətin çətin olduğunu bildirib: “Lakin Ukrayna bütün çağırışlara cavab tapacaq”. O.Danilov proseslərin sürətlə inkişaf etdiyini vurğulayıb: “Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb.